Fransada baş örtüyü qadağasına qarşı kampaniya başladı.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Fransada 2027-ci il prezident seçkilərində ifrat sağçıların qalib gələcəyi təqdirdə ictimai məkanlarda baş örtüyünün qadağan edilməsini nəzərdə tutan potensial referendum təklifi etirazlara səbəb olub.
Təklifin müsəlman qadınları hədəf aldığı və ayrı-seçkiliyi gücləndirdiyi bildirilir.
Qadağaya qarşı çıxan fransız qadınlar müsəlman qadınlarla həmrəylik nümayiş etdirmək məqsədilə sosial şəbəkələrdə “baş örtüyü” kampaniyasına başlayıblar.
Kampaniya çərçivəsində iştirakçılar baş örtüyü taxaraq çəkdirdikləri fotoları sosial şəbəkələrdə paylaşırlar.