logo
logo logo
logo

Əhməd Davudoğluya cinayət işi açıldı 

14:09 - 03 Sentyabr 2026

Əhməd Davudoğluya cinayət işi açıldı 

Türkiyənin keçmiş Baş naziri Əhməd Davudoğlu barəsində yerli prokurorluq tərəfindən araşdırmalara başlanılıb.


Manset.az xəbər verir ki, bu barədə Ankara Cümhuriyyət Baş Prokurorluğu məlumat yayıb.

Bildirilib ki, Türkiyə Prezidentinin ünvanına təhqir ehtiva etdiyi hesab olunan çıxışlarla bağlı sabiq Baş nazir, “Gələcək” partiyasının keçmiş sədri ilə bağlı cinayət işi açılıb.

Onun Türkiyə Cinayət Məcəlləsinin 299/1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi bildirilib.

Qeyd edək ki, bir neçə gün əvvəl Ə.Davudoğlu yeni qurduğu partiyasını buraxmış və siyasətdən getdiyini bəyan etmişdi. O, əvvəllər ölkənin hazırkı Prezidenti Rəcəb Tayyip Ərdoğanla eyni partiyada yer alıb və yaxın silahdaş olublar.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az