ABŞ-nin Sirikdə toy mərasiminə hücumu nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb.
Manset.az IRIB-yə istinadən xəbər verir ki, bu barədə Hürmüzqan Tibb Elmləri Universiteti məlumat yayıb.
"22 yaşlı Asiyə Mollayinejad bu gün günortadan sonra aldığı xəsarətlərin ağırlığından həlak olub və beləliklə, ölənlərin sayı 5 nəfərə çatıb", - məlumatda bildirilib və əlavə edilib ki, 70 nəfər yaralanıb, onlardan çoxu artıq evə buraxılıb, lakin ağır vəziyyətdə olanlar da var.
Bu səbəbdən ölü sayının artacağı istisna olunmur.