ABŞ Vitse-prezidenti Cey Di Vens Vaşinqtonun İranda toy mərasiminə endirilən zərbə ilə bağlı məlumatları hərtərəfli araşdırdığını, eyni zamanda, İran tərəfinin məlumatlarının doğruluğuna şübhə ilə yanaşdığını bildirib.
Manset.az Report-a istinadən xəbər verir ki, bu barədə Vens Ağ Evdə jurnalistlər üçün keçirilən brifinqdə deyib.
"Biz bunu hərtərəfli şəkildə araşdırırıq", - o qeyd edib.
Vens vurğulayıb ki, ABŞ döyüş əməliyyatları zamanı dinc sakinləri hədəfə almır və heç vaxt belə bir şey etməyəcək.
"Təəssüf ki, bəzən hər şey olur", - vitse-prezident əlavə edib.
Daha əvvəl İran ABŞ-nin Sirikdə toy mərasiminə hücumu etdiyi, nəticədə 5 nəfərin öldüyü barədə məlumat yayıb.