logo
logo logo
logo

Fransa tarixinin ən isti yayını yaşadı

12:07 - 04 Sentyabr 2026

Fransa tarixinin ən isti yayını yaşadı

Fransanın Ekologiya Naziri Monika Barbut ölkənin 1900-cü ildən bəri hava müşahidələrinin aparıldığı dövrdə ən isti yay mövsümünü 2026-cı ildə yaşadığını açıqlayıb.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, Barbut bu yay müşahidə olunan ekstremal istilər səbəbindən bəzi məktəblərdə dərslərin dayandırıldığını bildirib. O, həmçinin yüksək temperaturun meşə yanğınlarına səbəb olduğunu, nəticədə bəzi evlərin dağıldığını və çoxsaylı insanın həyatını itirdiyini qeyd edib.

Nazir Fransanın iqlim dəyişikliyinə uyğunlaşması üçün müxtəlif sahələrdə tədbirlərin görülməsinin vacibliyini vurğulayaraq deyib: “Fransanın iqlim dəyişikliyinə uyğunlaşması üçün həyatın və iqtisadiyyatın bütün sahələrində həll yollarına ehtiyacı var. Gələn yaya qədər bütün məktəbləri yeniləyə bilməyəcəyik, lakin pəncərələri qoruyucu örtüklər və ventilyatorlarla təchiz edəcəyik.”


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az