logo
logo logo
logo

Uitkoff və Kuşner Moskvadadır

15:12 - 05 Sentyabr 2026

Uitkoff və Kuşner Moskvadadır

Göyərtəsində ABŞ Prezidentinin xüsusi elçiləri Stiv Uitkoff və Cared Kuşnerin ola biləcəyi biznes-jet Moskvaya gedib.


Manset.az xəbər verir ki, bu barədə mənbələrə istinadən İnterfaks məlumat yayıb.

"Təyyarə "Vnukovo" hava limanına enib", - agentliyin həmsöhbəti qeyd edib.

Daha əvvəl "Axios" portalı mənbələrə istinadən yazmışdı ki, bu həftəsonu S.Uitkoff və C.Kuşnerin Ukraynadakı münaqişənin həlli yollarını müzakirə etmək məqsədilə Moskva və Kiyevə səfərləri planlaşdırılıb.

ABŞ Prezidenti Donald Tramp bildirib ki, Vaşinqtonda mümkün sülh sazişi ilə bağlı yeni ideya yaranıb.

S.Uitkoff və C.Kuşner sonuncu dəfə Moskvaya 2026-cı ilin yanvarında səfər ediblər və o zaman Rusiya Prezidenti Vladimir Putinlə danışıqlar aparıblar.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az