Türkiyənin Bursa bölgəsində meşədə yanğın olub.
Manset.az TRT Haber-ə istinadən xəbər verir ki, yanğın Bursanın Perçin ve Balıoğlu məhəllələri arasında yerləşən meşəlik ərazidə baş verib.
Əraziyə 4 helikopter, 8 yanğınsöndürən maşın, 76 nəfərlik heyət və digər texnikalar cəlb olunub. Yanğın nəzərətə götürülüb.
Yanğının söndürülməsi ilə bağlı tədbirlər davam etdirilir.