logo
logo logo
logo

"Tankerlərinizi məhv edəcəyik" - ABŞ-dən İrana

09:32 - 06 Sentyabr 2026

\"Tankerlərinizi məhv edəcəyik\" - ABŞ-dən İrana

ABŞ-ın müdafiə naziri Pit Heqset İrana xəbərdarlıq edib.


Manset.az xəbər verir ki, nazir regionda ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmilərinə hücumları davam etdirəcəyi təqdirdə, Tehranın tankerlərini məhv edib batıracaqları ilə hədələyib.

    "Hər şey sadədir: İran ABŞ gəmilərinə atəş açarsa, biz onların tankerlərini məhv edəcəyik və batıracağıq. Onlardan tələb olunan yeganə şey ABŞ Hərbi Dəniz Qüvvələrinə atəş açmamaqdır", - deyə o əlavə edib.

    Onun sözlərinə görə, İranın tanker donanması müdafiəsiz vəziyyətdədir. Hegset bildirib ki, İranın nə hərbi dəniz, nə də hava qüvvələri var və ABŞ-ın təyyarələri, gəmiləri və sualtı qayıqları bütün İran tankerlərinə zərbələr endirmək imkanına malikdir.


    Bizi Facebook-da izləyin
    Yeniliklərdən xəbərdar olun
    Keçid et

    Digər xəbərlər

    Xəbər xətti

    Bütün xəbər xətti
    yenielan.az
    yenielan.az