“İran İqtisadiyyat Nazirliyi hərbi əməliyyatların törətdiyi iqtisadi problemləri operativ həll etmək üçün Xüsusi İqtisadi Müharibə Qərargahı yaradıb”.
Manset.az xəbər verir ki, bu barədə Tasnim agentliyinə nazirliyin nümayəndəsi Morteza Zamanian məlumat verib.
Onun sözlərinə görə, yeni qurum müharibənin təsirlərinə məruz qalan biznes, ticarət və maliyyə sektorundakı problemlərin mərkəzləşdirilmiş qaydada toplanması və tez bir zamanda aradan qaldırılması ilə məşğul olacaq:
“İllərlə sürən bürokratiyanın qarşısını almaq üçün yaradılan qərargah ilk mərhələdə birbaşa İqtisadiyyat Nazirliyinin səlahiyyətinə daxil olan məsələləri həll edəcək. Digər dövlət qurumlarını əhatə edən daha iri problemlər isə Hökumətin İqtisadi Komissiyası vasitəsilə ən yüksək səviyyəyə qaldırılacaq və koordinasiyalı şəkildə həllini tapacaq”.