İran Hörmüz boğazı ətrafında “qadağan olunmuş zona” elan edəcək.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, İran Ali Milli Təhlükəsizlik Şurasının baş katibi Möhsün Rzayi bildirib ki, İran yaxın günlərdə Hörmüz boğazı ətrafında ABŞ-nin bölgədə tətbiq etdiyi blokadanın başladığı ərazidən Fars körfəzinin daxili hissələrinə qədər uzanan “qadağan olunmuş zona” elan edəcək. O, bu ərazidən keçən ticarət gəmilərinin sanksiya siyahısına salınacağını açıqlayıb.
Rzayinin sözlərinə görə, sözügedən zona ABŞ Hərbi Dəniz Qüvvələrinin elan etdiyi blokada ərazisindən başlayaraq Fars körfəzinin daxili hissələrinə qədər uzanacaq.
İranlı rəsmi həmin əraziyə daxil olmağa cəhd edən istənilən ticarət gəmisinin sanksiya siyahısına salınacağını bildirib.
Rzayi həmçinin Omanla Hörmüz boğazından keçid marşrutları ilə bağlı razılıq əldə edildiyini açıqlayıb.