logo
logo logo
logo

Vulkan püskürdü - 1500-dən çox aviareys ləğv edildi

11:18 - 07 Sentyabr 2026

Vulkan püskürdü - 1500-dən çox aviareys ləğv edildi

İndoneziyanın Anak Krakatau adasındakı vulkanda püskürmə baş verib.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, İndoneziya Meteorologiya, İqlim və Geofizika Agentliyinin yaydığı məlumata əsasən, vulkan külü Yava bölgəsində 6 min metrə, Sumatra bölgəsində isə 15 min metrə qədər yüksəlib.

Püskürmədən sonra ölkə üzrə yerli və beynəlxalq istiqamətlərə həyata keçirilən 1558 aviareys ləğv edilib, 8 hava limanında 170 mindən çox sərnişin qalıb.

İndoneziyanın nəqliyyat naziri Dudi Purvaqandhi bildirib ki, vulkan külünün Qərbi Yava istiqamətində yayıldığı müəyyənləşdirildikdən sonra bəzi hava limanlarının müvəqqəti bağlanmasına qərar verilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az