İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf ABŞ-nin İrana məxsus neft tankerlərini hədəfə alacağı təqdirdə Tehranın cavab zərbəsi endirəcəyini açıqlayıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Qalibaf bildirib ki, enerji mənbələrinə qarşı hücuma bölgədə fəaliyyət göstərən ABŞ-nin neft və təbii qaz şirkətlərini hədəfə almaqla cavab verəcəklər.
Qalibaf ABŞ-nin müdafiə naziri Pit Heqsetin İranın neft tankerlərini “məhv edib batıracaqları” barədə açıqlamasına ABŞ-nin “X” sosial şəbəkəsindəki hesabından verdiyi açıqlama ilə münasibət bildirib.
İran parlamentinin sədri bölgədə neft və təbii qaz hasilatı zəncirinin geniş əraziyə yayıldığını və əlçatan vəziyyətdə olduğunu qeyd edib.
Qalibaf deyib: “Bu sularda və obyektlərdə fəaliyyət göstərən ABŞ-nin neft və təbii qaz şirkətləri də eyni dərəcədə müdafiəsiz vəziyyətdədir. Əmlakımıza hücum etsəniz, siz də hücuma məruz qalacaqsınız. Biz bunu daha əvvəl sübut etmişik. Artıq istifadə üçün yararlı olmayan hərbi bazalardan soruşun”.
ABŞ-nin müdafiə naziri Pit Heqset sentyabrın 5-də “X” hesabında yaydığı açıqlamada İranın ABŞ gəmilərinə atəş açacağı təqdirdə İranın neft tankerlərini “məhv edib batıracaqlarını” bildirmişdi.