logo
logo logo
logo

Təyyarədə sərnişinlərə hücum etdi

14:36 - 07 Sentyabr 2026

Təyyarədə sərnişinlərə hücum etdi

ABŞ-nin Texas ştatından Nyu-Cersiyə uçan “American Airlines” aviaşirkətinə məxsus sərnişin təyyarəsində alkoqol qəbul etmiş sərnişin qəfil ətrafındakı insanlara hücum edib.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, 67 yaşlı Artur Lundin yanındakı kişi sərnişinə hücum edərək onu döyüb və kompüterini sındırıb. Daha sonra ona mane olmağa çalışan qadın sərnişini itələyib, başqa bir sərnişini isə dişləyib. O, həmçinin təyyarə bələdçisinə qarşı irqi təhqirlər səsləndirib.

Bundan sonra təyyarə heyəti və sərnişinlər hücum edən şəxsi plastik qandalla və yapışqan lentlə oturacağına bağlayıblar.

Marşrutunu dəyişən təyyarə məcburi eniş edib. Şübhəli şəxs təhlükəsizlik qüvvələri tərəfindən saxlanıldıqdan sonra təyyarə uçuşunu davam etdirib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az