logo
logo logo
logo

"Tramp və Putin arasında telefon danışığı gözlənilir" - Kreml

16:33 - 07 Sentyabr 2026

\"Tramp və Putin arasında telefon danışığı gözlənilir\" - Kreml

Kreml Rusiya Prezidenti Vladimir Putinlə ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığının baş tuta biləcəyini açıqlayıb.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov jurnalistlərə ABŞ nümayəndələrinin iki gün əvvəl Moskvaya səfəri ilə bağlı açıqlama verib.

Peskov bildirib ki, Kreml ABŞ nümayəndələrinin səfərinin nəticələrini müzakirə etmək üçün Vladimir Putinlə Donald Tramp arasında telefon danışığının keçirilməsi ehtimalını istisna etmir.

Kreml sözçüsü ABŞ-nin danışıqlar aparan nümayəndələrinin Kiyev rəhbərliyi ilə keçirdiyi görüşlərin nəticələri barədə hələlik Kremlə məlumat daxil olmadığını qeyd edib. Peskov, həmçinin “Ukrayna böhranının həllinə yönəlmiş istənilən təmas təşəbbüsünü sülhə doğru atılan addım kimi qiymətləndiririk” deyib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az