Rusiya qoşunlarının sentyabrın 8-i gecə saatlarından etibarən Ukrayna paytaxtı Kiyevə endirdiyi kütləvi zərbələr nəticəsində 5 nəfər ölüb, 20-dən çox insan yaralanıb.
Manset.az xəbər verir ki, bu barədə Kiyev Şəhər Dövlət Administrasiyasının rəhbəri Vitali Kliçko Teleqram kanalında məlumat yayıb.
"Sentyabrın 8-də paytaxtda 23 nəfər xəsarət alıb, onlardan 14-ü şəhər xəstəxanalarında stasionar müalicə alır... Üç nəfərin vəziyyəti kritikdir. Ukrayna paytaxtının Solomyansk rayonunda anbar binasına mərmi düşməsi nəticəsində 2 nəfər həlak olub", - o yazıb.
Daha sonra o, Kiyevə endirilən zərbələr zamanı ölənlərin sayının 5-ə çatdığını bildirib.