logo
logo logo
logo

Türkiyədə dəhşətli yanğın - 250-dən çox ev boşaldıldı

22:56 - 08 Sentyabr 2026

Türkiyədə dəhşətli yanğın - 250-dən çox ev boşaldıldı

Antalyanın Aksu və Kepez rayonlarında meşəlik ərazidə dünən axşam başlayan yanğın geniş sahəyə yayılıb.


Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, yanğınla mübarizə davam edərkən hər iki rayonda 254 evdən sakinlər təxliyə edilib, 8 nəfər yanğından zərər çəkib.

Aksu rayonunun Qaraöz məhəlləsi yaxınlığındakı meşəlik ərazidə başlayan yanğın küləyin təsiri ilə yayılaraq Kepez rayonundakı əraziyə keçib.

Yanğın səbəbindən Şimal Dairəvi yolu, eləcə də Antalya-İsparta avtomobil yolunun Antalya şəhər mərkəzindən Şimal Dairəvi yolunadək olan hissəsi təhlükəsizlik məqsədilə nəqliyyatın hərəkəti üçün bağlanıb.

Yol səhər saatlarında nəqliyyatın hərəkəti üçün nəzarət altında açılıb.

Yanğınsöndürmə qrupları gecə boyu Qaraöz, Hatiplər, Yeşilkaraman, Qızıllı və Çamlıca məhəllələri ətrafında geniş ərazidə davam edən yanğına su çənləri və xüsusi texnika ilə müdaxilə edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az