logo
logo logo
logo

Rusiya Ukrayna telekanalını vurdu - 5 jurnalist həlak oldu

23:59 - 08 Sentyabr 2026

Rusiya Ukrayna telekanalını vurdu - 5 jurnalist həlak oldu

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın ölkəsinə qarşı yeni hücumlar həyata keçirdiyini bildirib. Ukrayna lideri Rusiyanın pilotsuz uçuş aparatı (PUA) ilə həyata keçirdiyi hücum zamanı “Mi-Ukrayna” telekanalının binasının vurulduğunu açıqlayıb.


Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Zelenski sosial şəbəkə hesablarında yaydığı açıqlamada bildirib ki, jurnalistlərin “Vahid Xəbərlər” milli telemarafonu çərçivəsində canlı yayımda olduğu vaxt, gündüz saatlarında Rusiya PUA ilə “Mi-Ukrayna” telekanalının binasına zərbə endirib.

Hücum nəticəsində telekanalın binasının qismən dağıldığını bildirən Zelenski 5 nəfərin yaralandığını qeyd edib.

Zelenski hadisə yerində aidiyyəti qurumların əməkdaşlarının iş apardığını, Ukrayna Dövlət Fövqəladə Hallar Xidmətinin əməkdaşlarının isə yanğını söndürdüyünü bildirib.

Rusiyanın media qurumlarına qarşı hücumunu pisləyən Zelenski “Şahed” PUA-ları ilə media qurumlarının hədəfə alınmasını “Rusiyanın tənəzzülündə yeni səhifə” adlandırıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az