logo
logo logo
logo

"ABŞ-İran müharibəsi 2029-a qədər davam edə bilər" - PROQNOZ

22:58 - 10 Sentyabr 2026

\"ABŞ-İran müharibəsi 2029-a qədər davam edə bilər\" - PROQNOZ

“Wall Street Journal”ın xəbərinə görə, ABŞ Prezidenti Donald Trampın müharibənin yaxın zamanda başa çatacağı ilə bağlı açıqlamalarına baxmayaraq, Ağ Evin yüksək vəzifəli müşavirləri İranla yaranmış böhranın prezidentlik müddətinin sonuna qədər uzana biləcəyi barədə dövlət başçısını xəbərdar ediblər.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, Oval kabinetdə və Ağ Evin Əməliyyatlar otağında keçirilən görüşlər zamanı vitse-prezident Cey Di Vens və Dövlət katibi Marko Rubio Trampa vəziyyətlə bağlı qiymətləndirmələrini təqdim ediblər.

ABŞ rəsmiləri bildiriblər ki, dəniz blokadasına və hərbi əməliyyatlara baxmayaraq, Tehran hakimiyyəti ABŞ-ın təzyiqlərinə müqavimət göstərməkdə davam edə bilər.

Bu qiymətləndirmə münaqişənin 2029-cu ilin yanvarına qədər davam etməsi ehtimalını gündəmə gətirib.

Müzakirələr Trampın müharibənin noyabr ayında keçiriləcək aralıq seçkilərindən dərhal sonra başa çatacağını və İranın daha uzun müddət müqavimət göstərə bilməyəcəyini bildirməsindən sonra intensivləşib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az