logo
logo logo
logo

Dəniz blokadası səbəbilə 96 gəminin marşrutu dəyişdirildi 

23:03 - 10 Sentyabr 2026

Dəniz blokadası səbəbilə 96 gəminin marşrutu dəyişdirildi 

ABŞ ordusunun açıqlamasında İranın tətbiq edilən dəniz blokadası çərçivəsində bir sıra gəminin marşrutunun dəyişdirildiyi bildirilib.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) ABŞ-nin “X” şirkətinə məxsus sosial şəbəkə platformasındakı hesabında məsələ ilə bağlı açıqlama yayılıb.

Açıqlamada ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus MH-60R “Sea Hawk” helikopterinin ABŞ tərəfindən İrana qarşı dəniz blokadası tətbiq edilərkən USS “Rafael Peralta” (DDG 115) gəmisindən havaya qalxdığı qeyd olunub.

Bildirilib ki, ABŞ qüvvələri bu günə qədər blokada çərçivəsində 96 ticarət gəmisinin marşrutunu dəyişib.

Həmçinin humanitar yardımların çatdırılmasına xidmət edən 50-dən çox gəminin keçidinə icazə verildiyi bildirilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az