Ötən ilin böyük hissəsində Pakistan həm Ər-Riyadın müdafiə tərəfdaşı, həm də Vaşinqtonun Tehrana qeyri-rəsmi əlaqə kanalı kimi ikili rol oynayıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Yəməndə İranın dəstəklədiyi Husi hərəkatı ilə Səudiyyə qüvvələri arasında bu həftə baş verən döyüşlər İslamabadın hər iki mövqeni eyni vaxtda qoruyub saxlamaq imkanlarını ciddi sınağa çəkir.