logo
logo logo
logo

İran müharibənin dayandırılması üçün şərtlərini ABŞ-yə göndərdi

20:51 - 19 Sentyabr 2026

İran müharibənin dayandırılması üçün şərtlərini ABŞ-yə göndərdi

İran hakimiyyəti ABŞ ilə müharibənin dayandırılması üçün şərtlərini Qətər vasitəçiləri ilə Vaşinqtona çatdırıb və Prezident Donald Trampın cavabını gözləyir.


    Manset.az Al Jazeera-ya istinadən xəbər verir ki, bunu İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rezai bildirib.

    İranın təhlükəsizlik rəhbərliyi daha əvvəl də Qətər daxil olmaqla vasitəçilərlə danışıqlar apardığını və müharibənin dayandırılması, İranın dondurulmuş aktivlərinin azad edilməsi və dəniz blokadasının ləğvini əsas tələblər sırasında göstərdiyini açıqlamışdı.

    “Biz Qətər vasitəçisi ilə əlaqədəyik. O, müharibənin dayandırılması məqsədilə şərtlərimizi Vaşinqtona çatdırıb və Prezident Trampın cavabını gözləyirik”, – Rezai bildirib.

    Onun sözlərinə görə, İranın şərtlərinə bütün cəbhələrdə müharibənin dayandırılması, İranın dondurulmuş aktivlərinin blokdan çıxarılması və dəniz blokadasının aradan qaldırılması daxildir. Tehran bundan əvvəl Hörmüz boğazının açılmasını da ABŞ-nin müharibəni və dəniz blokadasını dayandırması, İranın xaricdəki dondurulmuş vəsaitlərinin azad edilməsi ilə əlaqələndirib.


    Bizi Facebook-da izləyin
    Yeniliklərdən xəbərdar olun
    Keçid et

    Digər xəbərlər

    Xəbər xətti

    Bütün xəbər xətti
    yenielan.az
    yenielan.az