logo
logo logo
logo

Tbilisidə bağçalarda zəhərlənən uşaqların sayı 100-ü ötdü

15:51 - 19 Sentyabr 2026

Tbilisidə bağçalarda zəhərlənən uşaqların sayı 100-ü ötdü

Tbilisidə zəhərlənmə əlamətləri səbəbindən 100-dən çox bağça uşağının xəstəxanaya yerləşdirilməsinə ehtiyac yaranıb.


Manset.az APA-ya istinadən xəbər verir ki, bu barədə Gürcüstanın səhiyyə naziri Mixeil Sarcveladze jurnalistlərə açıqlamasında bildirib.

    Onun sözlərinə görə, uşaqların heç birinin vəziyyətində ağırlaşma riski olmayıb.

    Nazir zəhərlənmənin səbəblərinin araşdırma nəticəsində müəyyən ediləcəyini vurğulayıb.

    Qeyd edək ki, Tbilisidə yerləşən 20 uşaq bağçasında kütləvi zəhərlənmə baş verib. İntoksikasiyaya bağçalarda qəbul olunan qida məhsullarından qaynaqlanan bakterial infeksiyanın səbəb olduğu ehtimal edilir. Faktla bağlı Gürcüstanın Maliyyə Nazirliyinin İstintaq Xidməti insan həyatına və sağlamlığına təhlükə olan qida məhsullarının hazırlanması və reallaşdırılması maddəsi üzrə istintaq aparır.


    Bizi Facebook-da izləyin
    Yeniliklərdən xəbərdar olun
    Keçid et

    Digər xəbərlər

    Xəbər xətti

    Bütün xəbər xətti
    yenielan.az
    yenielan.az