logo
logo logo
logo

"Fənərbağça"nın müdafiəçisi məşqi yarımçıq tərk etdi

09:00 - 19 Sentyabr 2026

\"Fənərbağça\"nın müdafiəçisi məşqi yarımçıq tərk etdi

Türkiyənin "Fənərbağça" klubu gözlənilməz və ciddi itki ilə qarşılaşıb.


Manset.az xəbər verir ki, İstanbul nəhənginin müdafiəçisi Mert Müldür zədə problemi ilə üz-üzə qalıb.

27 yaşlı futbolçu komandanın bugünkü məşqi zamanı diz nahiyəsindən zədələnib və hazırlıq prosesini dərhal yarımçıq dayandırmaq məcburiyyətində qalıb. Oyunçunun yenidən meydanlara nə vaxt dönəcəyi isə hələ ki, sual altındadır.

Xatırladaq ki, Mert Müldür 2023-cü ilin yayından etibarən "Fənərbağça"nın şərəfini qoruyur.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az