logo
logo logo
logo

“NATO şişir və genişlənir” - Putindən Qərbə xəbərdarlıq 

23:47 - 18 Sentyabr 2026

“NATO şişir və genişlənir” - Putindən Qərbə xəbərdarlıq 

Rusiya Prezidenti Vladimir Putin Hərbi-Sənaye Komissiyasının iclasında çıxış edərkən Şimali Atlantika Alyansının (NATO) fəaliyyətini kəskin tənqid edib.


Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, dövlət başçısı alyansın qlobal nüfuzunu genişləndirmək cəhdlərinə diqqət çəkib:

“NATO şişir, genişlənir və artıq dünyanın digər regionlarına da nüfuz edir”.

Rusiya lideri eyni zamanda bəzi Avropa liderlərinin Rusiya Federasiyası ilə müharibəyə hazırlaşdıqlarını açıq şəkildə bəyan etdiklərini vurğulayıb.

Xatırladaq ki, sentyabrın 16-da Vyanada hərbi təhlükəsizlik və silahlara nəzarət üzrə danışıqlarda Rusiya nümayəndə heyətinin rəhbəri Yuliya Jdanova bildirmişdi ki, NATO ölkələri Rusiya ilə hərbi qarşıdurmanı ən gec 2029-2030-cu illərdə “qaynar faza”ya keçirməyi planlaşdırırlar.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az