Cəlilabad şəhəri ərazisində ağır zəncirvari yol-nəqliyyat hadisəsi olub.
Manset.az xəbər verir ki, hadisə hərəkətdə olan "Vaz 21011" markalı avtomobilin manevr edərək dönmə əməliyyatı yerinə yetirdiyi zaman, arxadan gələn "Mercedes" markalı nəqliyyat vasitəsinin ona çırpılması nəticəsində baş verib. Zərbənin təsirindən toqquşan maşın yoldan çıxaraq əks istiqamətdən gələn "VAZ 2106" markalı avtomobilə çırpılıb.
Qəza nəticəsində 4 nəfər, Mirzəzadə Fatimə (2010), Mirzəzadə Cəlal (1980), Quliyev Elçin (1979), Məmmədova Şəfa (2010) xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.
Nuranə Alisoy