Rusiya ordusunun Ukraynanın müxtəlif bölgələrinə təşkil etdiyi hava hücumlarında 157 zərbə pilotsuz uçuş aparatı (PUA) və 16 raketdən istifadə etdiyi bildirilib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri Komandanlığının yaydığı yazılı bəyanatda Rusiyanın gecə saatlarında ölkə ərazisinə PUA və raketlərlə hücum həyata keçirdiyi diqqətə çatdırılıb.
Əməliyyat zamanı balistik və qanadlı raketlər başda olmaqla, ümumilikdə 16 raketin atıldığı vurğulanıb.