"Azərbaycan Dəmir Yolları" Bakı Metropolitenində xətlərin ayrılması layihəsi ilə əlaqədar sərnişinlərin rahat hərəkətini təmin etmək üçün alternativ marşrutlar təklif edir.
ADY-dən Manset.az-a verilən məlumata görə, sərnişinlər “Dərnəgül” dəmiryol dayanacağından istifadə etməklə "28 May” istiqamətinə qatarla cəmi 11 dəqiqəyə birbaşa çata bilər.
"Eyni zamanda, sərnişinlər Xırdalan və Biləcəridən qatarla “Dərnəgül” dayanacağına gələrək, buradan eyniadlı metro stansiyasına keçid etməklə Yaşıl xətt üzrə, o cümlədən “20 Yanvar”, “İnşaatçılar” və tələbə axınının yüksək olduğu “Elmlər Akademiyası” stansiyaları istiqamətində səfərlərini davam etdirə bilərlər. Hərəkət cədvəli ilə qurumun saytında və ya "ADY Mobile" tətbiqindən tanış olmaq olar".