logo
logo logo
logo

13 il əvvəl törədilmiş qətlin şübhəlisi saxlanıldı 

15:22 - 17 Sentyabr 2026

13 il əvvəl törədilmiş qətlin şübhəlisi saxlanıldı 

2013-cü il avqustun 5-də Şəmkirdə 1967-ci il təvəllüdlü Kifayət Məhərrəmovanın yaşadığı evdə üzərində zorakılıq əlamətləri olan meyitinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılıb.


Manset.az xəbər ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) və Baş Prokuorluq məlumat yayıb.

Polis və prokurorluq əməkdaşları tərəfindən birgə həyata keçirilmiş əməliyyat-axtarış, istintaq tədbirləri nəticəsində qətli tamah məqsədilə törətməkdə şübhəli bilinən, 1989-cu il təvəllüdlü Xəyal Məmmədov saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı Şəmkir Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işinin ibtidai istintaqı davam etdirilir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az