Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın prezidentliyə namizədliyi sonuncu dəfə irəli sürülə bilər.
Manset.az Baku.ws-ə istinadən xəbər verir ki, bunu Türkiyə Prezident Administrasiyası Hüquq Şurasının rəhbəri Mehmet Uçum bildirib.
Onun sözlərinə görə, Türkiyədə növbəti prezident seçkiləri normalda 2028-ci il mayın 7-də keçirilməlidir, lakin ölkənin seçki qanunvericiliyinə müvafiq dəyişikliklərin ediləcəyi təqdirdə bu tarix aprelin 16-na irəli çəkiləcək.