logo
logo logo
logo

Süni intellektlə bağlı sensasiya - "ChatGPT" yazışmaları onların əlinə keçdi

17:04 - 17 Sentyabr 2026

Süni intellektlə bağlı sensasiya - \"ChatGPT\" yazışmaları onların əlinə keçdi

Braziliyada bir istifadəçinin oğluna zərər vermək planlarını söhbət sistemində yazması rəqəmsal məxfilik və təhlükəsizliklə bağlı sərhədləri yenidən gündəmə gətirib.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, hadisədən sonra texnologiya şirkətlərinin hansı halları təhdid kimi qiymətləndirdiyi və şəxsi yazışmaların hansı şəraitdə hüquq-mühafizə orqanlarına ötürülə biləcəyi müzakirə olunur. “OpenAI” şirkətinin baş icraçı direktoru Sem Altmanın son xəbərdarlıqları isə müzakirələri daha geniş müstəviyə çıxarıb.

Süni intellekt sahəsində ard-arda baş verən hadisələr məxfilik və təhlükəsizliklə bağlı müzakirələri daha da genişləndirib. Braziliyada 36 yaşlı şəxsin “ChatGPT” ilə yazışmalarından sonra saxlanılması şəxsi söhbətlərin hansı məqamda təhlükəsizlik qurumları ilə paylaşılmasının mümkün olduğu sualını gündəmə gətirib.

Digər tərəfdən, “OpenAI” şirkətinin baş icraçı direktoru Sem Altman süni intellekt şirkətlərinin həddindən artıq güc əldə edə biləcəyini və sistemlərdə “nəzarətin itirilməsi” hallarının yaşana biləcəyini bildirib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az