Fransada may ayından bəri davam edən anomal istilər nəticəsində 8 minə yaxın əlavə ölüm faktının qeydə alındığı bildirilib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Fransa İctimai Səhiyyə Qurumunun göstəricilərinə əsasən, ölkədə may ayından bu yana 4 müxtəlif bürkü dalğası müşahidə olunub.
Ölkədə ən son qeydə alınan 27 iyul – 20 avqust tarixlərindəki isti hava dalğasında 79 vilayətdə 817 əlavə ölüm faktı rəsmiləşib.
Bununla da may ayından bəri müşahidə edilən 4 fərqli bürkü dalğasında qeydə alınan əlavə ölümlərin sayı 8 minə yaxınlaşıb.
3–22 iyul tarixlərindəki əvvəlki isti hava dalğasında isə bu göstəricinin 1243 olduğu açıqlanmışdı.