İsrailin Qəzzaya təcavüzü davam edərkən "Avroviziya"da iştirakı Avropanın ən böyük musiqi yarışmasını tarixinin ən ciddi siyasi böhranlarından birinə sürəkləyib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, 2026-cı ildə beş ölkə yarışmadan çəkildiyi halda, Avropa Yayımları Birliyi (EBU) səsvermə sistemini dəyişib.
Belçikanın 2027-ci ildə yarışmada iştirakına cavabdeh olan Flamand yayımlayıcısı VRT İsrail səbəbindən qərar vermək üçün EBU-dan əlavə vaxt istəyib.
İsrailin Qəzzaya qarşı hücumları davam edərkən "Avroviziya"nın 2024-cü ilin may ayında Malmödə keçirilən yarışması böyük etirazlara səhnə olub. Belçikada VRT əməkdaşları ikinci yarımfinalın yayımını kəsərək Qəzzadakı insan hüquqları və mətbuat azadlığı pozuntularına diqqət çəkən bəyanat nümayiş etdiriblər.