Sudanın Qərbi Kordofan bölgəsində qızıl mədənində uçqun baş verib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Sudanın Qərbi Kordofan bölgəsində yerləşən Əl-Nuhud şəhərinin şimalında yerləşən qızıl mədənində uçqun baş verib. Səlahiyyətli şəxslər uçqun nəticəsində azı 60 nəfərin həlak olduğunu bildiriblər.
Bölgədə axtarış-xilasetmə işlərinin davam etdiyi açıqlanıb.