İrlandiya 2027-ci ildə keçiriləcək "Avroviziya" Mahnı Müsabiqəsində iştirak etməyəcəyini açıqlayıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, İrlandiya yalnız 2027-ci il "Avroviziya" Mahnı Müsabiqəsində iştirak etməmək deyil, müsabiqəni yayımlamamaq qərarı da qəbul edib. İrlandiyanın RTÉ telekanalı qərarın səbəbi kimi Qəzzada insan itkilərinin və humanitar böhranın davam etməsini, həmçinin beynəlxalq jurnalistlərin Qəzzaya müstəqil şəkildə daxil olmasına maneələrlə bağlı narahatlıqları göstərib.
İrlandiya 2026-cı ildə keçirilən "Avroviziya" Mahnı Müsabiqəsini də İsrailin iştirakına görə boykot edib.