logo
logo logo
logo

"Rusiya ordusu 157 PUA və 16 raketlə hücum edib" - Ukrayna

18:50 - 17 Sentyabr 2026

\"Rusiya ordusu 157 PUA və 16 raketlə hücum edib\" - Ukrayna

Rusiya ordusunun Ukraynanın müxtəlif bölgələrinə təşkil etdiyi hava hücumlarında 157 zərbə pilotsuz uçuş aparatı (PUA) və 16 raketdən istifadə etdiyi bildirilib.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri Komandanlığının yaydığı yazılı bəyanatda Rusiyanın gecə saatlarında ölkə ərazisinə PUA və raketlərlə hücum həyata keçirdiyi diqqətə çatdırılıb.

Əməliyyat zamanı balistik və qanadlı raketlər başda olmaqla, ümumilikdə 16 raketin atıldığı vurğulanıb. Bəyanatda həmçinin 124 PUA-nın və reaktiv mühərrikli kamikadze pilotsuz uçuş aparatı kimi tanınan "Banderol/Dan-T" tipli 7 kiçik qanadlı raketin zərərsizləşdirildiyi bildilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az