logo
logo logo
logo

Bakıda düz xətti qırıq-qırıq xəttə çevirənlər kameraya düşdü - VİDEO 

11:28 - 18 Sentyabr 2026

Bakıda düz xətti qırıq-qırıq xəttə çevirənlər kameraya düşdü - VİDEO 

Bakıda yol hərəkətinin təşkilinə qanunsuz müdaxilə edən şəxslər saxlanılıb.


Manset.az Xəzər TV-yə istinadən xəbər verir ki, hadisəni törədən şəxslər kameraya düşüblər.

Belə ki, Sabunçu rayonu Maştağa qəsəbəsi ərazisində nəqliyyatın intensiv hərəkət etdiyi yolda dönmənin qadağan olunduğu yerə boya ilə müdaxilə edən şəxslər müəyyən edilib.

Onlar polis əməkdaşları tərəfindən saxlanılıblar.

Qeyd edək ki, bir qrup şəxsin yaşadıqları əraziyə qısa yolla dönmək üçün bu addımı atdıqları bildirilir.
Daha ətraflı süjetdə:


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az