Çinin xarici işlər naziri Van İ ilə ABŞ dövlət katibi Marko Rubio arasında telefon danışığı olub.
Manset.az Reuters-ə istinadən xəbər verir ki, tərəflər Çin və ABŞ arasında yüksək səviyyəli təmasların növbəti mərhələsini müzakirə ediblər.
Van İ bildirib ki, Pekin və Vaşinqton yüksək səviyyəli təmasların növbəti mərhələsinə bərabərlik, qarşılıqlı hörmət və qarşılıqlılıq prinsipləri əsasında hazırlaşmalıdır.
Çin XİN rəhbəri həmçinin dövlət başçıları diplomatiyasının Çin-ABŞ münasibətlərində əsas istiqamətləndirici rol oynadığını vurğulayıb.
Tərəflər telefon danışığı zamanı Yaxın Şərqdəki vəziyyətlə bağlı da fikir mübadiləsi aparıblar.