logo
logo logo
logo

Samvel Karapetyanın ev dustaqlığının müddəti uzadıldı

23:51 - 17 Sentyabr 2026

Samvel Karapetyanın ev dustaqlığının müddəti uzadıldı

Ermənistanın Korrupsiyaya qarşı mübarizə məhkəməsi “Güclü Ermənistan” blokunun lideri, iş adamı Samvel Karapetyanın ev dustaqlığının müddətini daha iki ay uzadıb.


    Manset.az APA-ya istinadən xəbər verir ki, məhkəmənin qərarını hakim Vahe Dolmazyan elan edib.

    Hakim bildirib ki, işin gedişi, o cümlədən şahid ifadələrinin məzmunu nəzərə alınmaqla, ev dustaqlığının tətbiq edilməsinə əsas verən halların hələ aradan qalxmadığı qənaətinə gəlinib.

    Bu səbəbdən Samvel Karapetyanın barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirinin daha iki ay uzadılması barədə qərar qəbul olunub.


    Bizi Facebook-da izləyin
    Yeniliklərdən xəbərdar olun
    Keçid et

    Digər xəbərlər

    Xəbər xətti

    Bütün xəbər xətti
    yenielan.az
    yenielan.az