logo
logo logo
logo

Tahir Gözel bu bankın rəhbəri oldu 

11:50 - 18 Sentyabr 2026

Tahir Gözel bu bankın rəhbəri oldu 

“Azərbaycan Sənaye Bankı” ASC-nin Müşahidə Şurasının sədri dəyişib.


Manset.az “APA-Economics”ə istinadən xəbər verir ki, Tahir Gözel bankın Müşahidə Şurasının yeni sədri seçilib.

O bu vəzifədə qardaşı Əhməd Gözeli əvəz edib. Ə.Gözel 2022-ci ildən “Azərbaycan Sənaye Bankı”nın Müşahidə Şurasına rəhbərlik edirdi.

Müşahidə Şurasının digər üzvləri Alireza Firouzi Heydaranlou və Şirin Hakan Alidir.

Qeyd edək ki, Tahir Gözel 2026-cı ilin aprelində “Azersun Holding”in Müşahidə Şurasının sədri seçilib. O həmçinin “Qarabağ” Futbol Klubunun prezidentidir.

“Azərbaycan Sənaye Bankı”nın nizamnamə kapitalı 60 milyon manatdır. Bankın əsas səhmdarı 98,43 faiz payla “Anadolu Investment Company” MMC-dir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az