Nigeriyanın Taraba ştatında mədən uçqunu baş verib.
Manset.az-ın xarici mediaya istinadən əldə etdiyi məlumata görə, hadisə Taraba ştatının Mayo-Kam bölgəsində yerləşən mədəndə qeydə alınıb.
Uçqun nəticəsində ən azı 20 nəfər həyatını itirib.
Taraba polisinin sözçüsü Viktor Mşerizar açıqlamasında hadisə ilə bağlı araşdırmalara başlanıldığını bildirib.
Nigeriyada davam edən qanunsuz mədənçilik fəaliyyəti həm ətraf mühitə ziyan vurur, həm də insan tələfatına səbəb olur.