Çin Dövlət Başçısı Şi Tsinpin 11 ildən sonra ABŞ-yə etdiyi rəsmi səfər çərçivəsində hava limanında Donald Tramp tərəfindən qarşılanıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Çin Xalq Respublikasının Dövlət Başçısı Şi Tsinpin və həyat yoldaşı Peng Liyuan Merilend ştatındakı Endryus Hərbi Hava Bazasında ABŞ Prezidenti Donald Tramp və xanımı Melaniya Tramp tərəfindən qarşılanıblar. 11 illik fasilədən sonra ABŞ-yə səfər edən Şi Tsinpin ölkəyə çatdıqdan sonra yazılı bəyanatla çıxış edib.
Çin lideri bəyanatında Çin və ABŞ-nin rəqib deyil, tərəfdaş olmalı olduğunu vurğulayaraq, "Çin xalqının böyük intibahı" ilə "Amerikanı yenidən əzəmətli etmək" vizyonlarının bir-birini tamamlayaraq dünyaya fayda verə biləcəyini qeyd edib.
Tramp isə qarşılanma mərasimindəki çıxışında Şi Tsinpin və həyat yoldaşı Peng Liyuanı qonaq etməkdən böyük məmnunluq duyduğunu bildirərək bu səfərin bütün dünyanın diqqət mərkəzində olduğunu ifadə edib.