logo
logo logo
logo

"Hörmüz məsələsi güc yolu ilə yox, dialoqla həll oluna bilər" - Pezeşkian

19:43 - 26 Sentyabr 2026

\"Hörmüz məsələsi güc yolu ilə yox, dialoqla həll oluna bilər\" - Pezeşkian

Hörmüz boğazı məsələsi güc yolu ilə yox, dialoqla həll oluna bilər.


Manset.az Tasnim-ə istinadən xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian deyib.

"Hörmüz boğazı ilə bağlı olaraq, yolu ilk bağlayan biz olmadıq. Yolu bağlayan Amerikadır və bölgəni atəşə tutan isə İsraildir. Bu məsələ zorakılıq və zorbalıqla deyil, dialoqla həll edilə bilər", - o bildirib və əlavə edib ki, İran imzalanan razılaşmaya sadiqdir, qaydaları isə ABŞ pozub.

Onun sözlərinə görə, hadisələrin belə cərəyan etdiyi zaman İran tərəfi Tramp administrasiyasına inanmır:

"Biz bilmirik ki, onlarla hansı qanun əsasında danışmalıyıq; görəsən, sözlərinin üstündə duracaqlar? Nə qədər danışıqlar aparsaq da, sabah asanlıqla dedikləri sözü və ya imzaladıqları razılaşmanı qəbul etməyə bilərlər. Netanyahu (İsrailin Baş naziri Benyamin Netanyahu-red.) gözünün qabağında olan Qəzzanı təslim olmağa məcbur edə bilməyib; indi gəlib İran hökumətini dəyişdirmək istəyir? Yəmənin işinin bizə aidiyyəti yoxdur. Biz yalnız empatiya duyuruq. Elə deyil ki, biz Yəməndə nə isə edirik. Bizim fikrimizcə, Yəmən (husilər-red.) və Səudiyyə Ərəbistanı bir-biri ilə savaşmamalıdır".

O bildirib ki, Səudiyyə Ərəbistanı, Məkkə və Mədinənin varlığı ilə müsəlmanların birlik mərkəzi ola bilər. "Səudiyyə Ərəbistanı müsəlmanları bir araya gətirə bilər ki, onlar mübahisə etmək əvəzinə, problemlərini elə oradaca birlikdə həll etsinlər", - İran Prezidenti vurğulayıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az