logo
logo logo
logo

Referendumun nəticəsi neytrallıqdan imtina demək deyil - İsveçrə XİN başçısı

21:56 - 27 Sentyabr 2026

Referendumun nəticəsi neytrallıqdan imtina demək deyil - İsveçrə XİN başçısı

İsveçrədə referendumda neytrallıqla bağlı təşəbbüsün rədd edilməsi ölkənin neytrallıq siyasətindən imtina etməsi demək deyil.


Manset.az APA-ya istinadən xəbər verir ki, bunu İsveçrənin xarici işlər naziri İnyatsio Kassis səsvermənin yekunlarına həsr olunmuş mətbuat konfransında bildirib.

İsveçrə hökuməti də referendumun ölkənin neytrallığını şübhə altına almadığını vurğulayır.

“Bu nəticə neytrallığın əleyhinə verilmiş səs deyil. İsveçrə dünən neytral idi, bu gün də neytraldır və gələcəkdə də neytral qalacaq”, – Kassis deyib.

Onun sözlərinə görə, təşəbbüsü rədd edən İsveçrə vətəndaşları və kantonlar neytrallığın tətbiqinə dair daha sərt çərçivələrin Konstitusiyada təsbit edilməməsinə qərar veriblər.

“Neytrallığımız heç vaxt dəyişməz olmayıb. Zaman keçdikcə o, beynəlxalq reallıqlara və İsveçrənin ehtiyaclarına uyğunlaşıb. Bəzi dövrlərdə daha məhdudlaşdırıcı olub, digər dövrlərdə isə əməkdaşlığa daha açıq olub”, – nazir vurğulayıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az