logo
logo logo
logo

Vətən müharibəsinin ildönümü ilə əlaqədar Hərbi Memorial Məzarlığa ziyarət başladı

09:09 - 27 Sentyabr 2026

Vətən müharibəsinin ildönümü ilə əlaqədar Hərbi Memorial Məzarlığa ziyarət başladı

Bu gün Vətən müharibəsinin başlamasından 6 il ötür.


Manset.az xəbər verir ki, səhər saatlarından başlayaraq Vətən müharibəsi şəhidlərini yad etmək üçün Hərbi Memorial Məzarlıq ziyarət edilir.

    Anım Günü ilə əlaqədar Vətən uğrunda şəhid olanların yaxınları, rəsmi şəxslər, ictimaiyyət nümayəndələri, eləcə də vətəndaşlar şəhidlərimizin xatirəsinə ehtiram əlaməti olaraq xiyabanı ziyarət edir, məzarları önünə əklil və gül dəstələri qoyur.

    Xatırladaq ki, 44 gün davam edən Vətən müharibəsi 2020-ci il 27 sentyabr tarixində başlayıb. Nəticədə Qarabağ işğaldan azad edilib.

    Qeyd edək ki, Prezident İlham Əliyevin 2 dekabr 2020-ci il Sərəncamına əsasən, Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq hər il sentyabrın 27-si Azərbaycanda Anım Günü kimi qeyd olunur.


    Bizi Facebook-da izləyin
    Yeniliklərdən xəbərdar olun
    Keçid et

    Digər xəbərlər

    Xəbər xətti

    Bütün xəbər xətti
    yenielan.az
    yenielan.az