CEOWORLD jurnalı 102 ölkədə oxunan kitabların sayı və oxumağa sərf olunan vaxt barədə sorğu keçirib.
Manset.az Oxu24.com-a istinadən xəbər verir ki, reytinqə ABŞ (ildə 17 kitab) və Hindistan (16 kitab) başçılıq edir. Azərbaycanlılar ildə 3,25 kitab (74 saat), gürcülər isə ildə təxminən 4,3 kitab (96 saat) oxumağa zaman sərf edirlər və 65-ci yerdədirlər. Ermənistan da oxşar nəticəyə malikdir. Türkiyə 6 kitab və 130 saat oxuma ilə 30-cu yerdədir.
Ən aşağı oxuma nisbəti Əfqanıstandadır - ildə 2,56 kitab.