logo
logo logo
logo

Psixoterapevt Kaşpirovski 87 yaşında vəfat etdi 

13:57 - 03 Oktyabr 2026

Psixoterapevt Kaşpirovski 87 yaşında vəfat etdi 

Sovet və rusiyalı psixoterapevt, teleaparıcı Anatoli Kaşpirovski 87 yaşında vəfat edib.


Manset.az Report-a istinadən xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Onun ölüm səbəbi barədə məlumat verilmir.

Daha əvvəl mediada onun xəstəxanaya yerləşdirildiyi bildirilmişdi.

Kaşpirovski 1980-ci illərin sonlarında "Həkim-psixoterapevt Anatoli Kaşpirovski ilə sağlamlıq seansları" televiziya verilişləri sayəsində şöhrət qazanıb. O, Mərkəzi Televiziyanın efirində kütləvi psixoterapiya və hipnoz seansları keçirir, ekran vasitəsilə tamaşaçıların vəziyyətinə təsir göstərməyin mümkün olduğunu bildirirdi.

O, Vinnitsa Tibb İnstitutunu bitirib, psixiatriya xəstəxanasında psixoterapevt işləyib, daha sonra isə ağır atletika üzrə SSRİ yığmasının həkim-psixoterapevti olub. 1993-cü ildə Kaşpirovski birinci çağırış Dövlət Dumasının deputatı seçilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az