logo
logo logo
logo

Aİ Ukraynaya maliyyə yardımı ayırdı

22:02 - 02 Oktyabr 2026

Aİ Ukraynaya maliyyə yardımı ayırdı

Avropa İttifaqı (Aİ) Ukraynanın maliyyə ehtiyaclarını qarşılamaq və islahatlarını dəstəkləmək məqsədilə ölkəyə 2,9 milyard avro həcmində yeni maliyyə vəsaiti ayırıb.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, Aİ Komissiyası Ukraynanın iqtisadi bərpasını, islahatlarını və üzvlük prosesini dəstəkləmək məqsədilə yaradılmış maliyyə yardımı proqramı çərçivəsində ölkəyə yeni vəsait ayrıldığını açıqlayıb.

Açıqlamada bildirilib: “Ukraynanın maliyyə ehtiyaclarının qarşılanmasına dəstək olmaq və dövlət idarəçiliyinin fəaliyyətini davam etdirməsini təmin etmək məqsədilə ölkəyə 2,9 milyard avro həcmində vəsait ayrılıb”.

Açıqlamada qeyd olunub ki, məbləğin 800 milyon avroluq hissəsi ümumi həcmi 90 milyard avro olan “Ukraynaya Dəstək Krediti” proqramı çərçivəsində ayrılıb. Ödənişin Ukraynanın məhkəmə sistemi, maliyyə bazarları, biznes mühiti, enerji, nəqliyyat, kənd təsərrüfatı və yaşıl keçid kimi sahələrdə islahatları həyata keçirməsindən sonra edildiyi bildirilib.

Açıqlamada sözügedən vəsaitin Ukraynaya Maliyyə Yardımı Proqramı çərçivəsində 8-ci ödəniş olduğu qeyd edilib. Son ödənişlə birlikdə “Ukrayna Planı” çərçivəsində göstərilən ümumi dəstəyin 32 milyard avronu keçdiyi bildirilib.

Aİ Komissiyasının açıqlamasında ilin qalan hissəsində Ukraynaya göstərilə biləcək maliyyə dəstəyinin 33,7 milyard avro təşkil etdiyi qeyd olunub. Bu vəsaitin 16,6 milyard avrosunun müdafiə sənayesinin imkanlarının artırılmasına, 17,1 milyard avrosunun isə büdcə dəstəyinə ayrılacağı bildirilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az