Noyabrın 1-dən Bakı-Tbilisi-Bakı marşrutu üzrə hərəkət cədvəli yenilənəcək.
Manset.az xəbər verir ki, bu barədə Azərbaycan Dəmir Yolları (ADY) məlumat yayıb.
Məlumata görə, əlavə səhər reysləri ilə gündəlik reys sayı 2-dən 4-ə çatdırılacaq.
Əlavə reyslərə biletlər bu gündən satışdadır.