logo
logo logo
logo

Sumqayıtda məktəblilər bundan zəhərlənib - FOTOLAR 

12:25 - 02 Oktyabr 2026

Sumqayıtda məktəblilər bundan zəhərlənib - FOTOLAR 

Sumqayıt şəhər 36 nömrəli tam orta məktəbində şagirdlərin zəhərlənməsi ilə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən araşdırma aparılır.


Manset.az xəbər verir ki, AQTA-dan verilən məlumata görə, hadisə dərhal nəzarətə götürülüb və səbəblərin müəyyənləşdirilməsi istiqamətində müvafiq tədbirlər görülür.

Aparılan ilkin araşdırmaların nəticələrinə görə, hadisəyə şagirdlərdən birinin məktəbə gətirdiyi, istifadə müddəti bitmiş şirniyyat məhsulunun səbəb olduğu ehtimal edilir.

Hazırda araşdırmalar davam etdirilir. Görülən tədbirlər və araşdırmanın nəticələri barədə ictimaiyyətə əlavə məlumat veriləcək. 


 

 

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az