logo
logo logo
logo

Fıstığın yaşlı insanlar üçün inanılmaz faydası 

08:00 - 02 Oktyabr 2026

Fıstığın yaşlı insanlar üçün inanılmaz faydası 

Hər gün fıstıq yemək yaşlı insanların beynində insulinə həssaslığı artıra bilər.


Manset.az Baku.ws-ə istinadən xəbər verir ki, araşdırmada orta yaşı 67 olan 31 nəfər iştirak edib.

İştirakçılar 16 həftə ərzində hər gün 60 qram duzsuz, qovrulmuş fıstıq yeyiblər. MRT nəticələri yaddaş və öyrənmədə mühüm rol oynayan hipokamp və parahipokampal nahiyələrdə beynin insulinə reaksiyasının dəyişdiyini göstərib.

Alimlər bu dəyişiklikləri potensial olaraq faydalı hesab edirlər. Bununla belə, araşdırmanın kiçik olması və cəmi 16 həftə davam etməsi səbəbindən fıstığın yaddaşı birbaşa yaxşılaşdırdığını söyləmək hələ mümkün deyil.

Tədqiqatçılar nəticələrin təsdiqlənməsi üçün daha geniş və uzunmüddətli araşdırmaların aparılmasının vacibliyini vurğulayıblar.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az